ABŞ çox çox tezliklə Kiyevə yeni yardım paketləri ayıracaq


ABŞ Kiyevin əks-hücum üçün tələb etdiyi hərbi yardımın demək olar ki, 100%-ni Ukraynaya təhvil verib, lakin tədarüklər davam edəcək.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi keçirdiyi brifinqdə Ağ Evin sözçüsü Con Kirbi bildirib.

"Ukraynalılarla planlaşdırılan yaz hücumu üçün onlara nə lazım olduğuna dair apardığımız danışıqlara əsasən, biz həmin siyahıda olanların demək olar ki, hamısını təhvil vermişik. Onların tələb etdiklərinin demək olar ki, 100%-ni yerinə yetirmişik", - deyə Kirbi qeyd edib. ABŞ administrasiyası rəsmisi rəhbərliyin önümüzdəki günlərdə və həftələrdə Senatın dəstəyini almağa davam edəcəyini gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, həm maddi yardıma, həm də Ukrayna hərbçilərinin təliminə aiddir: "Bu, onların təkcə silahlara malik olmalarının deyil, həm də onlardan istifadə etmək bacarığının birləşməsidir".

Ağ Ev sözçüsü, "Siz çox, çox tezliklə bizdən yeni yardım paketlərini görəcəksiniz" - deyə ukraynalılara səslənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu