ABŞ: Moskvadakı hücumda Ukraynanın əli olduğuna dair heç bir əlamət yoxdur


Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Moskvada baş verən silahlı hücumla bağlı danışıb. O, hadisəni “dəhşətli” adlandırıb və bildirib ki, hazırda bu hücumda Ukraynanın və ya ukraynalıların əli olduğuna dair heç bir əlamət yoxdur.


Con Kirbi hadisənin "dəhşətli atışma hücumu" olduğunu və hücumun qurbanlarına başsağlığı verdiklərini, lakin hadisə ilə bağlı qiymətləndirmənin hələ tez olduğunu bildirib.

O, hücumun Ukrayna ilə əlaqəsinin olub-olmaması ilə bağlı suala belə cavab verib: "Hazırda bu hücumda Ukraynanın və ya ukraynalıların əli olduğuna dair heç bir əlamət yoxdur, lakin xəbər hələ çox yenidir. Biz bunu araşdıracağıq. İlk bir saatda bunun Ukrayna ilə əlaqəli olması barədə yanlış təsəvvürümüz var idi".

Kirbi həmçinin əlavə edib ki, bu hücumun Rusiya daxilində hər hansı siyasi motivlə əlaqəli ola biləcəyinə dair heç bir əlamət yoxdur. Bir müddət əvvəl ABŞ-ın Moskvadakı səfirliyinin təhlükəsizlik xəbərdarlığı etməsi ilə bağlı sualı cavablandıran Kirbi, bu təhlükəsizlik xəbərdarlığı ilə bu hücum arasında xüsusi bir əlaqənin olmadığını qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Ağ Ev Moskvadakı terror aktında ukraynalıların əli olduğuna dair heç bir əlamət görmədiyi nəticəsinə nəyə əsaslanaraq gəlib?” - deyə sual edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu