NATO rəsmisi: "Rusiya hücuma hazırlaşır"


Şimali Atlantika Müqaviləsi Təşkilatının Hərbi Komitəsinin sədri, admiral Rob Bauer Rusiya Federasiyasının yazda Ukraynaya qarşı yeni hücuma başlayacağını güman edir.


Bauer bunu NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib. "Ümumiyyətlə, rusların strateji hədəflərinə nəzər salsanız, onlar dəyişməyib. Buna görə də rusların növbəti hücuma keçmək ehtimalının səbəbi budur. Bu, dəqiq bildiyimiz bir şey deyil, lakin bu, aşağıdakı fərziyyəyə əsaslanır: əgər onlar strateji hədəflərini dəyişməyiblərsə, o zaman yazda yeni hücumun baş verəcəyi ehtimalı böyükdür"- deyə Bauer bildirib.Alyansın hərbi komitəsinin sədri ukraynalılar buna hazır olmağa çağırıb. O əlavə edib ki, “Ukraynalılar bu barədə düşünməlidir”.
NATO rəsmisinin sözlərinə görə, alyansa üzv ölkələr ukraynalıların ən çox hansı yardıma ehtiyacı olduğunu və müttəfiqlərin hansı dəstəyi verə biləcəyini öyrənir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu