NATO Ukrayna Silahlı Qüvvələrinin yavaş irəliləməsinin səbəbini açıqlayıb


Ukraynanın ləng irəliləməsinin səbəbi sursat çatışmazlığı deyil, cəbhədəki ağır vəziyyətdir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Norveçdə keçirilən mətbuat konfransında deyib.

Prosesi şərh edən Şimali Atlantika Alyansının nümayəndəsi diqqəti döyüş meydanına çoxlu sayda minaların qoyulmasına yönəldib. “Vaxt tələb etməsinin səbəbi son dərəcə təhlükəli olmasıdır” - deyə o bildirib.

Bauer həmçinin blokun müttəfiqlərində müdafiə sənayesi potensialının geriləməsi, artan xərclər və tədarüklərin yavaş olması ilə bağlı narahatlığını ifadə edib. O hesab edir ki, belə bir vəziyyət blok ölkələrinin təhlükəsizliyi gücləndirmək cəhdlərinə mənfi təsir göstərə bilər.

Konfrans zamanı NATO nümayəndəsi onu da qeyd edib ki, Şimali Atlantika Alyansı hərbi texnika və sursatların qiymətində sürətli artım qeydə alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu