Britaniya Ukraynaya kömək edən ölkələri "təslim olmamağa" çağırır


Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə dövlət katibi Ceyms Heppi deyib ki, dünya Ukraynanı müharibədə dəstəkləməlidir. "Əgər biz dayansaq, bu, avtomatik olaraq Vladimir Putinin dayanacağı anlamına gəlmir, Putin ilk növbədə qarşıya qoyduğu məqsədlərə çatmaq imkanı əldə etdiyi anlamna gəlir" - deyə o bildirib.


Polşada keçirilən Varşava Təhlükəsizlik Forumunda çıxış edən nazir Heappey İngiltərənin Ukraynaya dəstəyini davam etdirəcəyini və bunun təbii olduğunu bildirib.

Heappey, ölkələrin silah ehtiyatlarının azalması səbəbindən təslim olmamaları lazım olduğunu vurğulayıb. Ölkələrin azalan silah ehtiyatlarını hər gün doldurması lazım olduğunu vurğulayan Heappey, istehsal tempinin artırılmasının vacibliyinə diqqət çəkib.

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer də bildirib ki, NATO-nun yeni müdafiə strategiyasına uyğun olaraq Alyansa qarşı mümkün hücum zamanı ilk ay ərzində 300 min əsgər yerləşdirilə bilər.

Bauer qeyd edib ki, pis və getdikcə aqressivləşən düşmənə qarşı hazır olmalıdırlar: “Ona görə də 2019-cu ildə biz hərbi strategiyamızı düşünməyə və dəyişməyə başladıq ki, bu da Vilnüsdə daha müfəssəl planların qəbul edilməsinə gətirib çıxardı. Əgər hücuma məruz qalırsansa, hazır olmalısan, çünki əks halda düşmən qalib gələcək. Ona görə də bizə daha çox hazır qüvvə lazımdır. Bizə daha çox imkanlar, ehtiyatlar və məşqlər lazımdır".

Regional planların NATO Birgə Qüvvələr Komandanlığı tərəfindən hazırlandığını bildirən Bauer, "Hazırlanan regional planlar, əsasən, NATO-nun üzləşdiyi iki təhlükənin, yəni Rusiya və terror qruplarının qarşısını almaq və onlardan necə qorunmaq barədədir. Bu planlar ilk olaraq Madriddə liderlər tərəfindən hazırlanıb və qəbul edilib, şərq cinahında daha çox döyüş qruplarına sahib olmaq üçün özümüzü daha yaxşı hazırlamağa qərar vermişik." - deyə bildirib.

Rob Bauer kollektiv müdafiənin əhəmiyyətinə toxunaraq, silah sistemləri və sursat istehsalının da artırılmasının lazım olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu