Ryabkov: Qərbin Kiyevə yardımı “əsas” olacaq


Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya uzaqmənzilli silahların tədarükü ilə bağlı xəbərlərə reaksiya verib.


"Qərb ölkələrinin Kiyev rejiminə hərbi texnika tədarükü Rusiya ordusu tərəfindən darmadağın ediləcək". AFN.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib. "Eskalasiya ən təhlükəli yoldur və nəticələri gözlənilməz ola bilər. Bu siqnallar qəbul edilmir. Rusiyanın əleyhdarları "hədiyyə"ləri yüksəltməkdə davam edirlər, lakin bizim tərəfimizdən bir neçə dəfə qəti şəkildə, inamla bəyan etdiyimiz kimi: istənilən halda xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq və müxtəlif mənbələrdən Ukraynaya gələn bütün bu hərbi texnika sözün əsl mənasında torpağa tapşırılacaq", - deyə nazir müavini bildirib.

Ryabkovun sözlərinə görə, ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlar tədarükünün mümkünlüyü barədə bəyanatlar ABŞ və onun müttəfiqləri arasında Rusiyaya qarşı hibrid müharibənin elementidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu