Misir Prezidenti gəlir


Misir prezidenti Əbdülfəttah əs-Sisi yaxın günlərdə Ermənistana səfər edəcək.


AFN.az xəbər verir ki, bu məlumatı Ermənistan Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağasi Marqaryan konkret tarix göstərmədən təsdiqləyib. Səfər regional xarakter daşıyacaq. O, Ermənistanla yanaşı, Azərbaycana da səfər edəcək.
Misir Prezidentinin Ermənistana səfər edəcəyi ötən il dekabrın əvvəllərində məlum olub. Bu barədə Ermənistan prezidenti Vahan Xaçaturyan Misirin İrəvana yeni təyin olunmuş səfiri Serenade Soliman Qami ilə görüşündə bildirib.
Əbdülfəttah əl-Sisinin Azərbaycana səfəri ilə bağlı hələlik rəsmi açıqlama veriməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu