Misir Prezidentinin Türkiyəyə səfəri ləğv edilib


Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri ləğv olunub.


“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb Ə. Sisinin Sankt- Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirakıdır.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Ə. Sisi bu gün, yəni iyulun 27-də Türkiyəyə gedəcək.

Xatırladaq ki, Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Bunun ardınca hər iki ölkə səfirlərini geri çağırıb. 2021-ci ilin martında Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik səviyyədə təmasların bərpa olunacağını açıqlamışdı.

2022-ci ilin noyabrında Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində Misir və Türkiyə prezidentləri arasında qısa görüş baş tutub. Fevralın sonunda Misirin xarici işlər naziri Sameh Şükri Türkiyənin cənubunda zəlzələdən zərər çəkmiş Adana şəhərinə səfər edib. Türkiyə və Misir prezidentlərinin görüşünün mümkünlüyü Ərdoğanın may ayında keçirilən prezident seçkilərində qələbəsindən sonra yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu