KTMT-nin missiyası Azərbaycanla sərhəddə

Ermənistanla Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi təklifi aktual olaraq qalır. İrəvan maraqlı olarsa, o, yerləşdirilə bilər.
AFN.az-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə telejurnalist Dmitri Kiselyova müsahibəsində danışıb. Lavrov hesab edor ki, "bu çətin vəziyyətdə" KTMT-nin sülhməramlı əməliyyatın yerləşdirilməsi planını hazırlaması çox mühüm nailiyyətdir: "Bu təklif hələ də müzakirə olunur. Əgər erməni müttəfiqlərimiz və dostlarımız hələ də onunla maraqlanırsa, bu missiya cəmi bir-iki gün ərzində yerləşdirilə bilər”.
M.Vahidli