Erməni lobbisi təşvişdə - ABŞ Azərbaycana silah satır


ABŞ Ticarət Nazirliyi hücum və yarı avtomatik snayper tüfənglərinin Azərbaycana ixracı üçün lisenziyanın verilməsini nəzərdən keçirir.


AFN.az xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes bildirib.
Həyat yoldaşı erməni olan Menendes ABŞ-ın ticarət naziri Cin Raymonda məktub göndərərək, Azərbaycana tüfəng ixracı üçün lisenziya verilməsi ilə bağlı mümkün planlarının əleyhinə olduğunu bildirib.
Qeyd edək ki, R.Menendes ABŞ-da erməni lobbisinin ən fəal nümayəndələrindəmn sayılır. Ötən ilin sentyabr ayında İrəvana səfər edən Menendes Azərbaycanın və Türkiyənin ünvanına kəskin bəyanatlar verib. Noyabr ayında Konqresə keçirilən aralıq seçkilərdə menendesin seçki kampaniyasını erməni diasporu maliyyələşdirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu