Ukrayna XİN Gürcüstandan Saakaşviliyə işgəncə verməyə son qoyulmasını tələb edib
Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda həbsdə olan Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edir.
AFN.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat verib. “Gürcüstan hakimiyyəti SSRİ NKVD-nin ən pis ənənələri ilə Mixail Saakaşviliyə qarşı psixoloji və fiziki zorakılıq tətbiq edir, ona təcili tibbi yardım göstərilməsini rədd edir, onun həyatı üçün qəsdən təhlükə yaradır. Ukrayna vətəndaşına münasibətdə insan hüquqlarının kobud şəkildə pozulması Tiflisin elan etdiyi Aİ-yə üzvlük kursuna ziddir və Gürcüstanda demokratiyanın məhdudlaşdırılmasından xəbər verir” - deyə XİN-in bəyanatında deyilir.
Ukrayna Gürcüstan hakimiyyətini Saakaşvilini ələ salmağı dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırır: “Siyasi qisas üçün insanın həyatı ilə oynamayın". XİN həmçinin xarici hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Gürcüstan hakimiyyətinin siyasi repressiyaları nəticəsində həyatı təhlükə altında olan Ukrayna vətəndaşının, Gürcüstanın keçmiş prezidentinin müdafiəsinə qoşulmağa çağırın.