Tərk edilmiş it 3 ildir yeni yerdə sahibini gözləyir - VİDEO


3 il əvvəl sahibinin tərk etdiyi və hər gün eyni yerdə onu gözləyən labrador cinsli "Oyuncaq ayı" adı verilən itin kədərli hekayəsi Haçikonu xatırladır. Yerli sakinlər onu tərk edən amansız sahibinə səsləniblər.


AFN.az xəbər verir ki, hadisə Türkiyənin Trabzon şəhərində baş verib. Heyvanları Qoruma və Yaşatma Dərnəyinin övladlığa götürməsinə baxmayaraq, qaçıb eyni ərazidə gözləyən it illərlə eyni yerdı mərhum sahibini gözlədiyi üçün Tokioda heykəli ucaldılan Haçiko adlı iti xatırladıb. Evinin pəncərəsindən çölə baxarkən itin tərk edilməsinin şahidi olan məhəllə sakinlərindən Hülya Keleş hadisəni belə nəql edib: "Burada yük maşını tipli bir avtomobilin dayandığını gördük. Bir nəfər burada insanlarla söhbət edirdi, bu iti də yanında saxlamışdı. Onu burada qoyub maşını sürətlə sürüb getdi. İt hürərək maşının ardınca qaçdı, amma yetişə bilmədi. Uzun müddətdir ki, burada sahibini gözləyir. Çox sakit heyvandır. Xüsusilə pikaplardan sonra hürür. Yəqin ki, sahibi olduğunu zənn edir. Bir dostumuz himayəsinə götürmüşdü, amma qaçıb bu bölgəyə gəlir”.

İtin tərk edildiyini görən şəxslərdən Tuğba Ayyıldız, "Arvadımla balkonda çay içirdik. Getdilər, qaza basdılar və getdilər. İt hürərək arxasınca qaçdı. Həmin gündən indiyə buralarda dolanıb sahibini gözləyir. İnsanları sevir. Hər kəsə sevgi ilə yanaşır. Sahibinən səslənirəm, vicdanın varsa, gəl apar. Çünki səni çox sevir. Hələ də qoyduğun yerdə səni gözləyir” - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu