Tailandda fil sahibini əzərək öldürüb


Taylandda yemək və pul dilənən fil sahibini əzərək öldürüb.



The Straits Times-ın xəbərinə görə, Facebook sosial media platformasında yayımlanan videoda Taylandın şimalındakı Nakhon Savan əyalətində filin sahibini əzərək öldürdüyü anlar lentə alınıb.

Videonu lentə alan Nattaphak Piluek yerli mətbuata bildirib ki, fil sahibi tərəfindən pul və yemək istəmək üçün istifadə olunub.

Piluek bildirib ki, hadisə baş verən zaman fil qəfildən narahat olub və sahibinə hücum edib.

Digər şahid Tippawan Kawiwon da filin körpəsinin əlindən alındığını hiss etdiyi üçün sahibinə hücum etdiyini iddia edib.

Mahaphot Xilasetmə və Fəlakətlərə Yardım Dərnəyinin sədri Kamrai Mokkasak məsələ ilə bağlı verdiyi açıqlamada, filin sahibinin sinəsinə basaraq ağciyərlərinin çökməsinə səbəb olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu