Qadın bir yerdə yeyib-içdiyi oğlunu öldürdü


Rusiyada 60 yaşlı qadın 41 yaşlı oğlunu bıçaqlayaraq öldürüb.


AFN.az xəbər verir ki, hadisə Rusiya Federasiyasının Omsk vilayətində baş verib. Belə ki, Rusiya İstintaq Komitəsinin regional idarəsindən verilən məlumatda bildirilir ki, mərhumun meyiti Ximikov küçəsindəki mənzildə tapılıb. Təfərrütlar məlum olduqdan sonra bilinib ki, ana-bala bir yerdə yeyib-içdikdən sonra qadın yatmaq istəyib. Lakin oğlu ona mane olaraq imkan verməyib. Qadın hirslənərək oğluna bıçaqla ölümcül yaralar vurub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə iş başlanıb. Ana saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu