Rusiyada deputat öldürülüb, xanımı yaralanıb


Rusiyanın Xantı-Mansi Muxtar Dairəsindən deputat Aleksandr Kolodiç Yeni Moskvanın Sosenskoye qəsəbəsində ölü tapılıb.


AFN.az bu barədə lenta.ru-ya istinadən xəbər verir.

Bildirilir ki, 58 yaşlı siyasətçinin meyiti şəxsi evinin zirzəmisində tapılıb. Meyitdə zorakılıq əlamətlərinin olduğu qeyd edilir. Bundan əlavə, polis Kolodiçin 55 yaşlı həyat yoldaşını çoxsaylı bıçaq xəsarətləri ilə aşkar edib. Qadın Moskva xəstəxanalarından birinə yerləşdirilib.

Cütlüyün evində işləyən 39 yaşlı işçi hücumda şübhəli bilinərək saxlanılıb. Həmin şəxsin saxlanılmasını REN TV kanalının mənbəsi də təsdiqləyib: "Deputata hadisə yerində kömək edən işçi onu bıçaqlayaraq öldürüb, meyiti evin zirzəmisində basdırıb və o, qaçıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu