Zelenski Türkiyəyə humanitar yardımla bağlı fərman imzalayıb


Ukrayna Prezidenti Volodimir Zelenski güclü zəlzələyə görə Türkiyəyə humanitar yardımın göstərilməsi haqqında fərman imzalayıb.


“Report” xəbər verir ki, bu barədə Prezident Ofisindən bildirilib.

Qeyd olunub k, fərman Türkiyəyə lazımi yardımın göstərilməsini nəzərdə tutur.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə zəlzələ olub. Hadisə nəticəsində 3419 nəfər ölüb, 20 534 nəfər isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu