Türkiyədəki zəlzələdə dağıntılar altında qalan qapıçı həlak olub


Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.


Bu barədə komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlama verib.

O, 29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 3 703 nəfər ölüb, 22 286 nəfər yaralanıb.

Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu