ÜST Türkiyə və Suriyaya dəstək üçün pul ayırdı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyə və Suriyada baş verən zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə hər iki ölkəyə pul vəsaiti ayırıb.
AFN.az xəbər verir ki, bu məqsədlə qurumun Fövqəladə Hallar üzrə ehtiyat fondundan 3 milyon dollar ayrılıb. Bu məbləğə dərmanlar yüklənmiş üç çarter reysinin göndərilməsi də daxildir. Hər iki ölkəyə dünyanın hər yerindən olan tibb işçilərindən ibarət 77 milli və 13 beynəlxalq təcili yardım briqadası göndərilib.
ÜST-dən verilən məlumata görə, səylərin hara yönəldilməli olduğunu müəyyən etmək üçün zərərin “xəritəsi”nin qiymətləndirilməsi üzərində iş aparılır.