“O planları alt-üst etdiniz!”- Putin diplomatlarına təşəkkür etdi


Vladimir Putin Qərbin Rusiyanı təcrid etmək planlarını pozmaqda rus diplomatik korpusunun işçilərinin rolunu yüksək qiymətləndirib.


AFN.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Putin Rusiyada qeyd edilən diplomatik işçilər günü münasibəti ilə nitqində deyib. Putin diplomatiya işində prioritetlərdən də danışıb. O bildirib ki, bu istiqamətdə ilk öhdəlik xaricdə rusların hüquqlarının qorunması və neonasizmə qarşı mübarizədir. "Kollektiv Qərbin ölkəmizi təcrid etmək planlarını alt-üst etmək, həm də dünya birliyinin əksər üzvləri – Avrasiya məkanı, Yaxın Şərq dövlətləri, Şərq, Asiya-Sakit okean regionu, Afrika və Latın Amerikası ilə əməkdaşlığı intensivləşdirmək məhz sizin səyləriniz nəticəsində mümkün olub”, – deyə Rusiya prezidenti vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu