BMT-yə üzv ölkələr Türkiyəyə humanitar yardım toplayır


Hazırda BMT-yə üzv olan 196 ölkə Türkiyəyə humanitar yardım toplayır.


AFN.az-ın xəbərinə görə, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak bildirib. Onun sözlərinə görə, yardım kampaniyası BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korosinin təşəbbüsü ilə başladılıb.

Paulina Kubiak qeyd edib ki, humanitar yardımlar Nyu-Yorkda Türk Evində yerləşən Türkiyə missiyasında qəbul edilir: "Ksaba Korosi katiblikdəki üzvləri bacardıqları qədər yardım etməyə təşviq edir. Aspirindən tutmuş qış paltarları, gödəkçələr, yastıqlar və ehtiyac duyulan hər şey ianə edilə bilər”.

Sözçü BMT-də akreditə olmuş 200-dən çox jurnalisti də humanitar yardım kampaniyasına qoşulmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu