İran Aİİ ilə azad ticarət zonasının 2023-cü ildə işləyəcəyinə ümid edir


İran bu il Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət zonası sazişinin ratifikasiyasına ümid edir.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda İranın Moskvadakı səfiri Kazem Cəlali keçirdiyi mətbuat konfransında bəyan edib.

“Ümid edirik ki, 2023-cü ildə biz bu sazişin ratifikasiyasını görəcəyik və sonra bir çox mallar üzrə gömrük tarifləri ləğv ediləcək. Bu, İran ilə Aİİ ölkələri, eləcə də İran və Rusiya arasında ticarətin həcmini artıra bilər”, - deyə səfir qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu