Putin Qərbin hərbi texnikası gələnə qədər “işi” bitirmək istəyir - ŞƏRH


Vladimir Putin bir neçə ay əvvəl saxta referendumla Rusiyaya biləşdirdiyi Ukrayna bölgələrinin adminstrativ sərhədlərinə qədər irəliləmək istəyir.


AFN.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib. Rusiya Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşması ilə bağlı xəbərləri şərh edən E.Şahinoğlu bildirib ki, ruslar itkilərə baxmayaraq, ərazidə böyük qoşun birlikləri toplayıblar: "Ötən il də müharibə belə başladı. Rusiya müharibədən bir neçə ay əvvəl Ukrayna ilə sərhəddə qoşunları topladı, “təlimlər keçiririk” yalanını uydurdu, fevralın 24-də işğala başladılar. Eyni ssenarini təkrarlamaq istəyirlər, ancaq bu dəfə məqsəd paytaxt Kiyevə qədər irəliləmək deyil".
Politoloqun sözlərinə görə, Putin Qərbin hərbi texnikası tam şəkildə Ukraynaya gətirilib orduya təhvil verlənə qədər “işi” bitirmək istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu