İsrailin XİN başçısı Türkiyədə səfərdədir
İsrailin xarici işlər naziri Eli Koen Türkiyəyə səfərdədir.
“Report” xəbər verir ki, bu barədə o, tviter səhifəsində bildirib.
XİN başçısı qeyd edib ki, türk xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gəlib: “Mən burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm və Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracam”.
O əlavə edib ki, İsrail bu çətin zamanda Türkiyənin yanındadır və bundan sonra da humanitar yardım göstərməyə davam edəcək.