Britanya Rusiyadan gələn təhdidlərə görə müdafiə büdcəsini artırır


Böyük Britanya müdafiə büdcəsinə yenidən baxacaq.


AFN.az xəbər verir ki, bu barədə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərin toplantısında iştirak etmək üçün Brüsseldə olan Britaniya müdafiə naziri Ben Uolles bildirib. Onun sözlərinə görə, bu addımı atmağa səbəb Rusiyadan gələn təhlükə səviyyəsinin artmasıdır: "Mən burada təhlükənin artdığını açıq şəkildə söylədim və təhlükə artdıqda, nə qədər xərcləməyə hazır olduğumuzu yenidən nəzərdən keçirməliyik".

Ben Uolles həmçinin bildirib ki, müdafiə xərclərinin artması ilə bağlı Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi arasında danışıqlar aparılır. O, müdafiə büdcəsinin artırılması ilə bağlı tələbinin yerinə yetirilməyəcəyi təqdirdə istefa verəcəyi haqda məlumatları təkzib edib. "Biz istefadan və ya başqa bir şeydən danışmırıq. Söhbət təhlükədən qorunmaqdan gedir" - deyə Oulles vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu