Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq - Reznikov


Ukrayna hücumunun başlama vaxtının uzanması təlim keçmiş ekipajları olan Qərb texnikasını gözləmək ehtiyacına əsaslanır.


AFN.az xəbər verir ki, bunu Ukrinform-a müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib. Reznikov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücum əməliyyatına başlaması və Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi üçün Ukraynaya daha bir neçə ay vaxt lazım olacaq. Müdafiə nazirinin sözlərinə görə, Qərbin vəd etdiyi tanklar və digər texnika Ukraynada dərhal yox, müəyyən müddətdən sonra peyda olacaq, çünki ekipajların təlim keçməsi lazımdır. "Texnikaları istifadə edəcək ekipajlarımız hazır olmalıdırlar" - deyə Reznikov qeyd edib.

Nazir bildirib ki, bütün bunlar vaxt aparır: "Söhbət bir neçə aydan gedir. O vaxta biz tam hazır olacağıq. Bundan sonra Baş Qərargahın qərarı ilə müəyyən hadisələr baş verəcək".

Dekabr-fevral aylarında Ukrayna Qərbdən çoxlu sayda zirehli döyüş maşınları və digər silahlar, lakin ən əsası Qərb tipli döyüş tankları tədarükü ilə bağlı vədlər alıb. Artıq Avropa limanlarında ABŞ-dan çoxlu sayda texnikanın gəlməsi müşahidə olunub. İlk Qərb tankları mart ayında Ukraynaya gələcək. Hazırda Ukrayna hərbçiləri bir neçə Avropa ölkəsində təlimdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu