Yunanıstanda daha böyük zəlzələ proqnozlaşdırılır


Yunanıstanlı alimlər Konstantinos Sinolakis və Kostas Papazakos seysmik aktivliyin tarixini qiymətləndirərək, ölkədə Rixter şkalası üzrə 8,5 maqnitudada zəlzələnin gözlənildiyini açıqlayıblar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, alimlər yeraltı təkanın tarixinin çox da uzada olmadığını, yaxın vaxta gözləndiyini bildiriblər. Onlar Türkiyə və Suriyada baş verən silsilə zəlzələləri araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, Yunanıstanı da güclü seysmik aktivlik gözləyir. Yunanıstanda güclü zəlzələlərin hər 600 ildə bir dəfə baş verdiyini xatırladan elm adamları sonuncu belə hadisənin 1403-cü ildə olduğuna diqqət çəkiblər. Professor Konstantinos Sinolakis "Mənim hesablamalarıma görə, belə zəlzələlər hər 600-800 ildən bir baş verir. Biz artıq Rixter şkalası üzrə təxminən 8,5 maqnitudada zəlzələnin astanasındayıq" - deyərək hökuməti diqqətli olmağa çağırıb.

Seysmologiya üzrə professor Kostas Papazakos da həmkarını dəstəkləyərək bildirib ki, Yunanıstanda zəlzələlər dövri olaraq baş verir. "Bununla belə, növbəti fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq mümkün deyil" - deyə o, bildirib.

Alimlər bəyan ediblər ki, hakimiyyət əhalini mümkün problemlərə hazırlamağa vaxt tapmaq üçün onların proqnozlarına diqqətlə yanaşmalıdır. "Bu pqornozlar heç də gələcəkdən xəbər vermək deyil" - deyə yunan alimlər vurğulayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu