Türkiyə ABŞ-a seçim təklif etdi: Ya "F-16"-ları verin, ya pulu qaytarın


“Biz “F-16”larla bağlı müraciətimizi müzakirə etdik. ABŞ administrasiyası onu dəstəkləyir”.


AFN.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransı zamanı belə deyib. Çavuşoğlu Ağ Evin tezliklə bu məsələ ilə bağlı Konqresə məlumat verəcəyinə ümid etdiyini bildirib. O, “F-16” qırıcılarının tədarükü üçün İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün şərt kimi qoyulmasının düzgün olmadığını bildirib.
Çavuşoğlu, həmçinin ABŞ-dan Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini aldığı üçün “F-35” proqramından xaric edilməzdən əvvəl yatırdığı pulun geri qaytarılmasını tələb edib. “Biz “F-35” proqramında tərəfdaş idik. Türkiyə CAATSA sanksiyalarına görə “F-35” proqramından çıxarılıb. Bu birtərəfli qərar idi. Bizim ödədiyimiz 1,4 milyard dollar rəqəmi var. Ödənilmiş pulun qaytarılmasını gözləyirik”, - deyə türkiyəli nazir bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu