Blinkenlə Çavuşoğlu görüşdü - ABŞ Türkiyəyə F-16 satacaq?
ABŞ-lı həmkarı Entoni Blinkenlə görüşən xarici işlər naziri Mövlud Çavuşoğlu önəmli açıqlamalar verib.
AFN.az xəbər verir ki, "Çox məhsuldar görüş keçirdik" - deyən Çavuşoğlu qeyd edib ki, F-16-ların Türkiyəyə satışının NATO-nun maraqlarına uyğun olması razılaşdırılıb.
Nazir Çavuşoğlu amerikalı həmkarı Blinkenlə iki ölkə arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi mövzusunda razılaşdıqlarını da bildirib. Türkiyə XİN rəhbəri ABŞ-a Türkiyə-ABŞ Strateji Mexanizm görüşlərinin təşkilatlanması və ildə ən az iki dəfə keçirilməsi təklifi ilə çıxış etdiklərini deyib. Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün "Üçlü razılaşmanın həyata keçirilməsinə ehtiyac var. Biz konkret addımlar gözləyirik, İsveç yolun hələ başlanğıcındadır" - deyə şərh verib.
Türkiyənin YPG/PKK ilə mübarizədə qətiyyətini ABŞ-a çatdırdıqlarını ifadə edən xarici işlər naziri "F-16-ların satışı üçün Suriyadakı əməliyyatlar qarşımıza şərt kimi gətirilməyib" - deyib.