Çavuşoğludan isveçli həmkarına cavab: "Terrorla mübarizədə konkret addımlar atın"
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-ya üzvlüklə bağlı Türkiyəyə mesaj göndərən İsveç Xarici İşlər naziri Tobias Billströmə "Terrorla mübarizədə konkret addımlar atın" cavabını verib.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-ya üzvlük mövzusunda əməkdaşlıq etməyə çalışan Türkiyəyə mesaj göndərən İsveçin xarici işlər naziri Tobias Billströmə cavab verib.
Nazir Çavuşoğlu Twitter hesabında bu açıqlamaları paylaşıb:
“İsveçli dostlarımıza çox aydın mesaj!
Üçtərəfli Memorandum üzrə öhdəliklərinizi yerinə yetirin və terrorizmlə mübarizədə konkret addımlar atın.
Yalnız bundan sonra digər məsələlər həll olunacaq”.
Mənbə: Haber Global
A crystal clear message to our Swedish Friends!
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) June 1, 2023
Fulfill your commitments arising from Trilateral Memorandum & take concrete steps in the fight against terrorism.
The rest will follow. https://t.co/PS1gpSMyA0