İranda hər 4 nəfərdən biri acdır
İranda 19 700 000 əhalinin yaşadığı 200 bölgənin sakinləri yoxsulluqdan aşağı vəziyyətdə yaşayır.
AFN.az-ın məlumatına görə, İran mediası xəbər verir ki, Bunu İran daxili işlər nazirinin müavini Əli Məhəmmədi bildirib.
Onun sözlərinə görə, həmin sakinlərin vəziyyətini mənzil, sağlamlıq, gigiyena, məşğulluq, təhsil, təlim, qida və geyim, idman və başqa sahələrdə əsas tədbirlərin görülməsi zəruridir.
Qeyd edək ki, bir müddət öncə İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi bildirmişdi ki, ötən il ölkə əhalisinin ,təxminən 30 faizi, yəni 25 560 000 nəfər yoxsulluq həddində olub.
Lakin “Tasnim” xəbər agentliyi bu statistikanı tənqid edərək bildirib ki, 2022-ci ildə yoxsulluq həddi açıqlanmasa da, ötən illə müqayisədə 2021-ci ildə xeyli yüksəlib.
Rəsmi statistikaya görə, 2019-ci ildə İranda adambaşına düşən gəlir 2010-cu illə müqayisədə 34 faizədək azalıb.
Xatırladaq ki, 2021-ci ilin məlumatına əsasən, İran əhalisinin sayı 87.920.000 nəfər olub.
M.Vahidli