Ac tülkünü əlilə yedirtdi: “Sanki acmışam, mənə yemək ver deyirdi...” - VİDEO


Kütahyanın Tavşanlı rayonunun Tunçbilek qəsəbəsində kömür işçisi və ovçu olan Rıfat Usluer soyuqda ac qalan tülkünü əli ilə yedizdirib.


AFN.az xəbər verir ki, dostu tərəfindən kameraya çəkilən görüntülər gündəm olub. Kömür mədənlərində çalışan Rıfat Usluer, "Hava gecələr soyuqdur, mənfi dərəcədir. Heyvan acdır. Pəncərəmizə gəldi, şüşəyə toxundu. Sanki acam, üşüyürəm, mənə yemək ver deyirdi. Pendir-çörək verdim. Əlimdən aldı yeməyi, bu məni çox sevindirdi" - deyə hadisəni nəql edib.

Usluer, "Mən də ovçuyam, ov edirəm. Bunu demək istəyirəm ki, ovçular təkcə can alan deyil, həm də yeri gələndə xilasedicilərdir. Tülküyə çörək verərkən çəkdiyimiz videonu bir dostuma göndərdim. O da paylaşdı və müsbət reaksiya aldı. Amma adını Metropol qoyduğum tülkü hər zaman gəlmir” - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu