“Balaxanı Asfalt” zavodundan 20 min manatlıq oğurluq


"Balaxanı Asfalt” zavodundan 20 min manatlıq avadanlıq oğurlanıb.


Polisin araşdırması zamanı oğurluq hadisəsinin 1997-ci il təvəllüdlü Maqsud (şərti) adlı Bakı şəhər sakini tərəfindən törədildiyi müəyyənləşib.

O, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən "Balaxanı Asfalt” zavodunun yanları açıq vəziyyətdə olan ərazisindən asfalt qarışdıran texnikanın 2000 manat dəyərində nasosunu, həmin nasosa qoşulan 1200 manat dəyərində mühərriki, bir ədəd 700 manat dəyərində 9 kv-lıq, bir ədəd 500 manat dəyərində 5,5 kv-lıq ehtiyyatda olan mühərrikləri, 2000 manat dəyərində ehtiyyatda olan bir ədəd nasosu və həmin nasosun 1200 manat dəyərində 18 kv-lıq mühərrikini, zavodun ərazisində olan elektrik transfarmatorunun 12000 manat dəyərində 30 metr uzunluğu olan mis kabellərini oğurlayıb. Zərərçəkmiş şəxs zavoda ümumilikdə 19.600 manat məbləğində ziyan vurub.

Maqsud həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Bakı Telefon Rabitəsi" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə aid Sabunçu rayonunun bəzi hissələrindən keçən optik kabelləri də oğurlayıb.

Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, həmçinin dövlət və ictimai əhəmiyyətli neft kəmərlərinə, təbii qaz, rabitə, elektrik, su xətlərinə münasibətdə xeyli miqdarda ziyan vurmaqla, təkrar özgənin əmlakını gizli olaraq talayıb, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq əldə edib saxlayıb.

Məhkəmə Maqsudun Qarabağ qazisi olmasını nəzərə alaraq, ona 3 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu