Avropada qaz kəskin ucuzlaşdı


Avropada təbii qazın qiyməti 1000 kubmetri 500 dollardan aşağı düşüb ki, bu da 2021-ci ilin iyul ayındakı səviyyəyə bərabərdir.


Avropanın ən böyük satış mərkəzi olan TTF-in məlumatına görə, martın 2-də qaz müqaviləsi 1000 kubmetr üçün 524 dollar səviyyəsində bağlanmışdısa, martın 3-də tariflər 492 dollara düşüb. Ticarət əməliyyatı 500 dollardan aşağı olub.
Avropada qaz ehtiyatlarının hazırkı səviyyəsi 60,62 faizə qədər azalıb. Bu, son beş ilin müvafiq dövrü üzrə orta göstəricidən 22 faiz bəndi çoxdur.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu