Laçın yolunda sərhəd və gömrük postları QURULACAQ


Dünən Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan ərazisində baş verən hadisələr, situasiyanın bundan sonra xeyli dəyişəcəyini deməyə əsas verir. Artıq bir müddətdir gündəmdə olan, İlham Əliyevin Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılacağı ilə bağlı bəyanatı reallaşmaq üzrədir. Bu barədə danışan politoloqlar hesab edirlər ki, bunun üçün münbit şərait yetişib.


AFN.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu məsələni şərh edərkən Azərbaycan XİN Müdafiə Nazirliyinin bəyanatlarının da bundan xəbər verdiyini deyib: "O cümlədən Ombudsmanın bugünkü açıqlaması birmənalı şəkildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının vacibliyindən xəbər verir. Bu o deməkdir ki, qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq".

Lakin E.Şahinoölunun sözlərinə görə, bu işin asan olmayacağı artıq bəllidir. "Bir tərəfdən məsələnin hərbi-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq" - deyə politoloq qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu