"Laçın yolunda gömrük və sərbəd postu qurulsun" - deputat


"Laçın dəhlizində hüquqi mexanizmlərin bərqərar olması üçün Rusiya tərəfi ilə danışıqlar aparmalıyıq. Orada gömrük və sərhəd məntəqəmiz olmalıdır".


AFN.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov deyib. O, bildirib ki, gömrük və sərhəd keçid məntəqələri Qarabağ ərazisinə silah-sursat daşınmasının qarşısını alacaq.
Vahid Əhmədov Münhen Konfransı çərçivəsində keçirilən müzakirələrdən, Prezient İlham Əliyevinn Qarabağla bağlı sərgilədiyi prinsipial mövqeyindən danışaraq qeyd edib ki, Ermənistan rəhbərliyi hər dəfə danışıqlarda bir mövqe nümayiş etdirir, danışıqlardan sonra başqa mövqe sərgiləyir.

Azərbaycanlı ekofəalların artıq 75 gündür Laçın yolunda aksiya keçirdiklərini xatırladan deputat iki gün öncə atəşkəs rejiminin 15 dəfə pozulduğunu, problemin kifayət qədər ciddiləşdiyini qeyd edib. Onun sözlərinə görə, Haaqa Məhkəməsində qəbul olunan qərar da ikili standartların növbəti təzahürüdür. "Ona görə də Azərbaycan bu addımları atmalıdır, Laçın yolunda həm gömrük, həm sərhəd keçid məntəqəmiz qurulmalıdır. Paşinyanın ən çox diqqət yetirdiyi məsələ məhz dəhlizdir. İkinci Rusiya sülhməramlılarının təsir zonasında erməni silahlı birləşmələri hələ də qalmaqdadır. Biz bu iki məsələni tamamilə həll etməliyik. Çünki vəziyyətin getdikcə kritik hala gəlməsi göz qabağındadır” - deyə millət vəkili bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu