Pakistanda terror: mikroavtobusun partladılması nəticəsində 9 polis əməkdaşı həlak olub


Pakistanda polis avtobusunun partladılması nəticəsində 9 polis əməkdaşı həlak olub, 13 nəfər yaralanıb.


AFN.az xəbər verir ki, bu barədə ölkə mediası yüksək rütbəli polis nəzarətçisinə istinadən yazır.

Hadisə bu gün Pakistanın Bəlucistan əyalətinin Kaçni və Sibi rayonlarını birləşdirən körpüdə baş verib. İlkin versiyaya görə, kamikadze avtobusun yanında partlayıb. Yaralılar xəstəxanaya çatdırılıb, partlayış yeri mühasirəyə alınıb, orada istehkamçılar işləyir.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu