Belarusda Ukrayna pasportlu rus terrorçu və onun tərəfdaşları həbs edilib


Belarus prezidenti Aleksandr Lukaşenko Maçulişçi aerodromunda A-50 təyyarəsini təxribat etmək cəhdində iştirak edən ukraynalı terrorçunun və onun silahdaşlarının saxlanıldığını açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb. Yüksək rütbəli zabitlərə dövlət mükafatları və çiyin qayışlarının təqdim edilməsi zamanı çıxış edən Lukaşenko bildirib ki, saxlanılan şəxs Ukrayna pasportu olan rusdur. “O, rusdur, həm Rusiya həm Ukrayna pasportu var. Krivoy Roqda anadan olub, Krımda yaşayıb. Bəzi qohumları Avstriyada, bəziləri Kiyevdə qalır. O, 2014-cü ildə, deyəsən, Ukraynanın xüsusi xidmət orqanları tərəfindən işə götürülüb. İT mütəxəssisi və ya İT texnologiyalarını yaxşı bilir. Həbs olunan şəxs terror aktları törətməyə hazırlaşırdı”, - deyə Belarus prezidenti qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu