İran dənizdə hərəkət edən hədəfləri vura bilən ballistik raket yaradıb


İran dənizdə hərəkət edən hədəfləri vura bilən təkmil ballistik raket istehsal edib
.

AFN.az-ın məlumatına görə, bu barədə "Tasnim" İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Bageriyə istinadən xəbər verib. "Raket uğurla sınaqdan keçirilib və hazırda kütləvi istehsaldadır" - deyən Bagerinin sözlərinə görə, İran hazırda dünyada bu cür raketlərin istehsalı üzrə nou-hau olan üç ölkədən biridir.

Bageri həmçinin bildirib ki, yeni raket 1000 kilometrdən çox radiusda İran ətrafındakı dənizlərdə təhlükəsizliyi təmin etməyə qadirdir. İranlı general izah edib ki, ballistik raket 1500 kilometr məsafəyə malikdir və hərəkət edən hədəfləri yüksək dəqiqliklə vura bilir: “Düşmən təyyarə daşıyıcıları və döyüş gəmiləri artıq İran sahillərindən 1500 kilometr məsafədə təhlükəsiz olmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu