BMT-nin baş katibi Gürcüstandakı durumla bağlı bütün tərəflərə çağırış edib


Gürcüstandakı bütün tərəfləri ölkədə gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda BMT-nin baş katibi Antonio Quterreş deyib. Baş katibin nümayəndəsi Fərhan Haq bildirib ki, o, Gürcüstandakı vəziyyəti izləyir. "Baş katib hamını gərginliyi artıra biləcək hərəkətlərdən çəkinməyə çağırır" - deyə Fərhan Haq qeyd edib.

BMT rəhbərliyi həmçinin vurğulayıb ki, ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin işinin və insanların dinc etiraz aksiyaları keçirmək hüququnun təmin olunmasını vacib hesab edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu