"Baku Electronics" müştəri məmnuniyyətinə niyə önəm vermir? - ŞİKAYƏT
"Baku Electronics"dən şikayətlər davam edir. Müştəri məmnunluğunun bu mağazalar şəbəkəsi üçün elə də önəmli olmadığı növbəti şikayətdə əksini tapıb.
AFN.az xəbər verir ki, tanınmış jurnalist Aytən Səfərəliyeva "Baku Electronics"in yeni açılan Neftçilər filialına kuryoz hadisə ilə üzləşib. Özünə smart saat saat almaq üçün fliala yaxınlaşan xanım jurnalist əvvəlcədən seçimini onlayn etdiyini deyib. Onun sözlərinə görə, flialda satıcı tələb olunan rəngi sistem üzərindən axtarıb, sonra həmin rəngdə saatın Qara Qarayev flialında olduğunu deyib. Təbii ki, bura qədər çox normaldır: bir flialda bütün məhsullar olmaya bilər və satıcı həmin məhsulun hansı flialda olduğunu müştərinin diqqətinə çatdıra bilər. Lakin A.Səfərəliyeva ilə bağlı olayda əlavə odur ki, satışı xanım jurnalistdən ödəniş etməyi istəyib: "Mənə dedi ki, gəlin rəsmiləşdirək, gedin götürün. Soruşdum ki, bu nə deməkdir? Cavab verdi ki, qara rəng Qara Qarayev filialındadır, ödəməni nağd edirsiz, ya kartla?
Mən müştəri xidməti personalına belə əziyyət verməyib, özüm alacağım məhsulu müəyyən etmişəm. İndi məhsul almadan, ödəmə-rəsmiləşmə etməliyəm, üstəlik, yolumu dəyişib, vaxtımı uzadıb məhsulu mövcud olduğu yerdən özüm gedib götürməliyəm? Bu sualı satıcıya da verdim, cavabında bildirdi ki, "çox vaxtınız getməyəcək". Müştəri xidmətinin bu hərəkəti, vəzifəsini anlamayıb qeyri-profesional davranması məni xeyli təəccübləndirdi, həm də hirsləndirdi. "Baku Electronics"dən saat almaq fikrimdən daşınıb, ordan uzaqlaşdım".