"AzerGold"un satışdan gəlirləri 1 milyard manata yaxınlaşıb


2022-ci ildə "AzerGold" QSC qızıl-gümüş satışı hesabına ölkə iqtisadiyyatına 207,2 milyon manat, 2017-2022-ci illərdə isə 960,7 milyon manat vəsait cəlb edib.


Bu barədə AFN.az-a səhmdar cəmiyyətdən məlumat verilib.

Məlumata görə, ötən il qurum 63,5 min unsiya qızıl və 207,8 min unsiya gümüş satıb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 3,7 min unsiya (6,1 %) və 74,9 min unsiya (56,3 %) çoxdur.

Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.

2022-ci ildə satılmış qızılın 59,9 min unsiyası, gümüşün isə 193,5 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə isə 555 unsiya qızılın, 14,2 min unsiya gümüşün satışı icra edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu