Muxtar Babayev: “Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır”


“Ağdam rayonunda dağıntı tullantılarının idarə olunması və tikinti işlərində sonrakı istifadə üçün UNEP tərəfindən göstərilən dəyərli ekspert dəstəyini qeyd etmək istərdim. Bu təcrübə azad edilmiş digər ərazilərə də istifadə edilə bilər”.


“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə yüksək səviyyəli strateji məsləhətləşmələr zamanı deyib.

Nazir, həmçinin, faydalı qazıntılar və mineral sərvətlərimizin qeyri-qanuni istismarı məsələsinə də toxunub.

“Biz tələb edirik ki, təbii sərvətlərin hasil olunduğu ərazilərdə ətraf mühitin mövcud vəziyyətini monitorinq etmək məqsədilə mütəxəssislərimiz üçün bütün lazımi şərait yaradılmalıdır. Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır”, - M.Babayev vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu