Ülkü Ocakları Ege Bölgəsinin sabiq prezidenti Müzəffər Uslu faciəli şəkildə vəfat edib


Ülkü Ocakları Ege Bölgəsinin sabiq prezidenti Müzəffər Uslu şüşə qapıya çırpılaraq dünyasını dəyişib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirin Konak rayonunda iş yerində şüşə qapıya çırpılaraq yaralanan keçmiş 50 yaşlı Müzəffər Uslu müalicə üçün aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə martın 19-da günorta saatlarında Göztepe Mahallesi ərazisində baş verib. Ülkü Ocakları Ege bölgəsinin keçmiş prezidenti Müzəffər Uslu restoranın şüşəli qapısına çırpılıb. Çarpmanın təsirindən qırılan şüşə parçaları Uslunun üzərinə düşüb. Çoxlu qan itirməsi səbəbilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Burada müalicə alan Uslu ötən gecə dünyasını dəyişib.

Evli və 2 uşaq atası olan Müzəffər Uslu dəfn edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu