"Starlink" APU terminallarının Rusiyanın yeni bölgələrində istifadəsini bloklayıb
Ukrayna Silahlı Qüvvələrinin (AFU) "Starlink" peyk sistemindən istifadəsinə məhdudiyyət qoyulub.
AFN.az xəbər verir ki, bu barədə “The Economist” yazı dərc edib. Nəşrin məlumatına görə, Ukrayna hərbi kəşfiyyatındakı mənbə bildirib ki, peyk rabitə operatoru "SpaceX" geohasardan istifadə etməyə başlayıb. Beləliklə, Amerika şirkəti Kiyevin Rusiyanın yeni əraziləri üzərində terminallardan istifadəsini əngəlləyir.
O da qeyd edilir ki, "Starlink" su üzərində, həmçinin avadanlıq saatda 100 kilometrdən çox sürətlə hərəkət edərkən peyk rabitə terminallarından istifadəyə icazə vermir.
"Economist"in analitiklərinin fikrincə, korporasiya Kiyevin münaqişəni gərginləşdirmək üçün Amerika avadanlıqlarından istifadə edəcəyindən narahatdır. "SpaceX"-in baş direktoru Elon Musk fevralın ortalarında "Biz üçüncü dünya müharibəsinə səbəb ola biləcək münaqişənin genişlənməsinə imkan verməyəcəyik" - deyə açıqlaması ilə gündəmə gəlmişdi.
Məlum olub ki, ABŞ hökuməti "SpaceX"-in yaradıcısı ilə Ukraynanın "Starlink" peyklərindən istifadəsini müzakirə edib. ABŞ dövlət katibi Entoni Blinken o zaman sadəcə bu mövzuda söhbətin aparıldığını bildirərək, nəticə haqda məlumat verməmişdi.