"SpaceX" Starlink peyk qalıqlarının potensial risk yaratdığını iddia edən hesabata etiraz edib


Amerikalı kosmik gəmi və raket istehsalçısı "SpaceX" ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) Konqresə təqdim etdiyi və şirkətin Starlink peyk sisteminin "potensial risk yaratdığını" iddia edən hesabata etiraz edib.


AFN.az xəbər verir ki, şirkət hesabatda düzəliş edilməsinə çağırıb.

CNN-in məlumatına görə, SpaceX "The Aerospace Corporation" tərəfindən tərtib edilən və Starlink peyk zibilinin yaralanmalara və ölümlərə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları özündə əks etdirən təhlil hesabatını "şişirdilmiş və yanlış" adlandırıb.

"SpaceX" iddia edir ki, hesabat Starlink peykinin Yer atmosferinə yenidən daxil olması ilə bağlı riskləri "yanlış təqdim edən səhv təhlilə əsaslanır".

Şirkətdən bildirilib ki, peyklər fəaliyyət müddətinin sonunda atmosferə girərkən tamamilə parçalanmaq üçün nəzərdə tutulub və 2020-ci ilin fevral ayından orbiti tərk edən 325 Starlink peykinin yer üzündə heç bir dağıntısı aşkar edilməyib.

Digər tərəfdən, FAA "SpaceX"-in etirazlarını nəzərdən keçirdiyini və "Aerospace Corporation" məlumatlarını yeniləmək üçün kosmik gəmi və raket istehsalçısı ilə əlaqə saxladığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu