Finlandiya 2026-cı ilə qədər Ukraynaya qırıcı verə bilməyəcək


Finlandiya F/A-18 Hornet qırıcılarını 2026-cı ilə qədər Ukraynaya çatdıra bilməyəcək. Çünki respublikanın hərbi hava qüvvələri onlara ehtiyac duyur.


AFN.az xəbər verir ki, bu barədə yerli "Yle" teleradio şirkəti məlumat yayıb. Bildirilir ki, Finlandiya F/A-18 Hornet-i əvəz etmək üçün sifariş edilən ilk F-35 qırıcılarını 2026-cı ildən tez almayacaq və sifariş edilən sonuncu partiya yalnız 2030-cu ilə qədər gələcək. Həmin vaxta qədər Finlandiya Hərbi Hava Qüvvələrinin F/A-18 Hornet-ə ehtiyacı olacaq.

"İstismardan çıxarılan qırıcıların Kiyevə tədarükü baş tutsa belə, çətin ki, effektiv olacaq. Onların başqa ölkədə yenidən istismara verilməsinin xərcləri nə qədər olacaq? Siz yeni sistemlər quraşdırmalı və təmir işləri aparmalı olacaqsınız. Bunun nə dərəcədə effektiv olacağı məlum deyil", - deyə Finlandiyanın “Patria” müdafiə şirkətinin direktoru Esa Rautalinko bildirib.

Finlandiyadan Ukraynaya qırıcı təyyarələrin verilməsinin mümkünlüyü ilə bağlı müzakirələr respublikanın baş naziri Sanna Marinin martın 10-da Kiyevə səfərindən sonra başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu