"Qalatasaray" Bakıya 23 futbolçu ilə gəlir -
Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyə "Qalatasaray"ının Bakıya gətirəcəyi heyət açıqlanıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun siyahısında 23 oyunçu yer alıb.
Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.