Türk dövlətlərinin komandaları arasında Heydər Əliyevin xatirəsinə həsr olunan turnir keçirilə bilər


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı türk dövlətlərinin futbol komandaları arasında turnir keçirilə bilər.


"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek təklif irəli sürüb.

Yarışın avqustun sonlarında gerçəkləşə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Qarabağ" və "Qalatasaray" komandaları Bakıda xeyriyyə matçında üz-üzə gəliblər. Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdən əldə olunn bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu