Azarbaycanlı futbolçuların Superliqada legioner sayılmaması üçün TFF-yə müraciət ediləcək
"Qalatasaray" türk dövlətlərinin vətəndaşı olan futbolçuların Superliqada əcnəbi sayılmaması üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edəcək.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi sözügedən oyunçuların ölkə çempionatında yerli statusu ilə çıxış etməsini istəyir.
İddiaya görə, "sarı-qırmızılılar" Bakıda "Qarabağ"la yoldaşlıq oyunundan əvvəl və sonra böyük diqqət gördüyü üçün uzun müddətdir hazırladığı layihəni həyata keçirmək niyyətinə düşüb.
Klub rəsmiləri TFF-yə nümunə kimi braziliyalı futbolçuların Portuqaliyada legioner hesab olunmamasını göstərəcəklər.
Qeyd edək ki, "Qarabağ" və "Qalatasaray" arasında Bakı Olimpiya Stadionunda keçirilmiş xeyriyyə matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.