Ağdamda antibiotik vurulan qadın öldü

Ağdamda antibiotik vurulmasından sonra şoka düşən qadın vəfat edib.
Hadisə rayonun Zəngişalı kəndində baş verib. 1950-ci il təvəllüdlü Ofeliya Tanrıverdiyeva antibiotik iynəsinin vurulmasından sonra ağır vəziyyətə düşüb. O, koma vəziyyətində xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.